Saxta Fransa pasportu  ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU
25 sentyabr 2026 16:19 (UTC +04:00)

Saxta Fransa pasportu ilə Avropaya getmək istəyən ərəb Bakıda HƏBS OLUNDU

0

Bakı hava limanında saxta sənəd təqdim edən əcnəbi həbs olunub.

Lent.az-ın xəbərinə görə, Mərakeş vətəndaşı olan 39 yaşlı Ərraziqi Əl Hüseyn saxta sənəd vasitəsilə mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərib.

İttiham aktına görə, o, yaşadığı Mərakeşdən Avropa ölkələrinə getmək qərarına gəlib. Bunun üçün o, Türkiyədə yaşayan bir tanışından kömək istəyib. Tanışı vasitəsilə 1000 avro qarşılığında Lıgner Herve François adlı şəxsin adı qeyd olunan saxta Fransa pasportu əldə edib. O, əvvəlcə Türkiyənin İstanbul şəhərinə gəlib. Lakin tanışı İstanbuldan Avropaya getməyin çətin olduğunu bildirib və Bakıya getməyi tövsiyə edib.

Beləliklə Əl Hüseyn əsl Mərakeş pasportu ilə Bakıya gəlib. Oteldə qalandan sonra Bakı-Belqrad bileti olduğu üçün Serbiyaya getmək istəyib. Lakin bu dəfə saxta pasportu təqdim edib və sərhədçilər tərəfindən saxlanılıb. Onun barəsində müvafiq maddə üzrə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi şəkildə etiraf edib. Hakim bunu işi yüngülləşdirən hal kimi  nəzərə alıb.

Məhkəmənin qərarı ilə Mərakeş vətəndaşı 7 ay müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar