"AZAL"  qaydaları pozub   məhkəməlik oldu
10 may 2022 16:27 (UTC +04:00)

"AZAL" qaydaları pozub məhkəməlik oldu

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) məhkəməyə verilib.

Lent.az xəbər verir ki, şirkətə məxsus avtomobil yol hərəkəti qaydalarını pozub. Lakin qaydaları pozan sürücü barədə məlumatlar aidiyyatı quruma göndərilməyib. Buna görə də, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsilə cərimə protokolu tərtib olunub.

Protokol baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın icraatına verilib.

Qeyd edək ki, həmin maddə üzrə hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

# 3792
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00