Azərbaycan beynəlxalq axtarışda olanları Moldova və Çinə təhvil verdi
26 yanvar 2026 18:05 (UTC +04:00)

Azərbaycan beynəlxalq axtarışda olanları Moldova və Çinə təhvil verdi

0

Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir

Lent.az-a bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Moldovanın səlahiyyətli orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 35 yaşlı Özbəkistan vətəndaşı Rustamov Firuz Farxodoviç və Çin səlahiyyətli orqanlarının  qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda təqsirləndirərək beynəlxalq axtarışa elan edilmiş 52 yaşlı həmin ölkənin vətəndaşı Xu Penqçenq 2025-ci il ərzində ölkəmizdə müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Qeyd olunan şəxslərin verilməsinə dair həmin ölkələrin səlahiyyətli orqanlarının vəsatətləri baxılması üçün Baş Prokurorluqdan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına və “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında” müqaviləyə uyğun olaraq şəxslərin barəsində qərarlar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Moldova və Çinin səlahiyyətli orqanlarına təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar