İran vətəndaşları Azərbaycana qanunsuz keçməyə cəhd ediblər.
Bu barədə Lent.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 9-da "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına keçən İran vətəndaşları – 23 yaşlı, Sadeq Necat Muhammed Reza Ruhullah və 25 yaşlı Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb.
Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilib.