Prokuror Anar Məmmədliyə 14 il cəza istədi
24 iyul 2026 12:17 (UTC +04:00)

Prokuror Anar Məmmədliyə 14 il cəza istədi

0

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib.

Prosesin davamında dövlət ittihamçısı çıxış edib. O, 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, Anar Məmmədlinin 14 il, Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Növbəti proses avqustun 7-nə təyin edilib.

Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar