Azərbaycanda 2 uşaq anası özünü asdı
08 dekabr 2022 17:33 (UTC +04:00)

Azərbaycanda 2 uşaq anası özünü asdı

İsmayıllıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə İsmayıllı şəhərində qeydə alınıb. 23 yaşlı Aytən Cəfərova yaşadığı evdə özünü asaraq, həyatına son qoyub.

Məlumata görə, A. Cəfərova Ağsu rayon sakinidir. İsmayıllı şəhərinə ərə gəlib. İki uşaq anasıdır. Onun hansı səbəbdən özünü öldürməsi isə bilinmir.

Faktla bağlı araşdırma aparılır.

# 3576
avatar

Oxşar yazılar