İtkin düşən turist
02 iyun 2022 11:49 (UTC +04:00)

İtkin düşən turist

Azərbaycanda itən turistdən nə xəbər? – Polisdən AÇIQLAMA

Daxili İşlər Nazirliyi Zaqatalada itkin düşən hindistanlı turistlə bağlı yeni məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, Zaqatala rayonunda itkin düşən 29 yaşlı Hindistan vətəndaşının axtarışları davam etdirilir.

Daxili Qoşunların hərbi qulluqçularından, rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət qruplarla yanaşı ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar da axtarışlara cəlb olunub.

Hazırda çətin relyefli dağlıq ərzilərdə itkin düşən şəxsin tapılması istiqamətində bütün zəruri tədbirlər görülür. 

Qeyd edək ki, turist mayın 12-də Zaqatala rayonunda otellərdən birindən çıxaraq, geri qayıtmayıb. Onun dağlara qalxdığı güman edilir.

# 6630
avatar

Mehman Nəbiyev

Oxşar yazılar