Azərbaycanda kişi hamilə arvadını döyüb.
Lent.az xəbər verir ki, bu barədə ginekoloq Şəfəq Kamilova məlumat paylaşıb.
O qeyd edib ki, pasiyentlərindən biri, uzunmüddətli müalicədən sonra hamilə qalan xanım evdə əri tərəfindən döyülüb.
Nəticədə qadında qopma nəticəsində qanaxma baş verib. O başqa həkimə getdikdə isə uşağı abort etmək lazım olduğu bildirilib.
Nəticədə qadın hamiləliyini sonlandırmağa və boşanmağa qərar verib:
"Nə qədər çalışsam da qadını abortdan yayındıra bilmədim. Çox arzuolunan bir hamiləlik ailə münaqişəsinə qurban getdi".