Azərbaycanda lal-kar uşaq İTKİN DÜŞDÜ
27 mart 2023 18:01 (UTC +04:00)

Azərbaycanda lal-kar uşaq İTKİN DÜŞDÜ

Sumqayıtda nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı uşaq itkin düşüb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. 

Onun əlamətləri belədir: Boyu 155 sm., arıq bədən quruluşlu, ağbəniz, sifəti uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir.

Evdən çıxarkən əynində qara rəngli parça gödəkçə, qara rəngli poliver, tünd göy rəngli parça şalvar, ayağında tünd göy rəngli idman ayaqqabısı olub. 

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 65 4-02-02; (018) 65 5-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

# 1335
avatar

Fidan İlqar

Oxşar yazılar