Azərbaycanda toylara görə 44 cinayət işi açılıb -  RƏSMİ
24 yanvar 2022 18:32 (UTC +04:00)

Azərbaycanda toylara görə 44 cinayət işi açılıb - RƏSMİ

"2021-ci il iyulun 1-dən toy, nişan, ad günləri və digər şənlik mərasimlərinin keçirilməsinin monitorinqi diqqət mərkəzində saxlanılır".

Bu sözləri Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, bu günə qədər respublika ərazisində 51853 şadlıq sarayı və digər obyektlərdə, fərdi evlərdə və həyətlərdə 2505 monitorinq aparılıb.

Polis mayoru bildirib ki, monitorinqlərin 39779 sayda polis tərəfindən, 12074 sayda digər dövlət qurumları ilə birgə keçirilib. Aşkarlanan pozuntuların sayı 3369 təşkil edib, 44 cinayət işi başlanılıb. 

COVİD-19 pasportu olmadığına görə 64580 nəfər şənlik mərasimlərinə buraxılmayıb.

# 1602
avatar

Mehman Nəbiyev

Oxşar yazılar