Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
29 noyabr 2023 20:51 (UTC +04:00)

Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, noyabrın 29-da yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir , Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

***

Saat 20:10

Mingəçevirdə zəlzələ olub.

Lent.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Mingeçevirdə saat 19:49-da maqnitudası 4,5 olan zəlzələ qeydə alınıb.

Təbiət hadisəsi Gəncə, Yevlax və Goranboy rayonlarında 4-3 bala qədər hiss olunub.

Zəlzələ ocağı yerin 15 kilometr dərinliyində olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7884

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15