Azərbaycanlı biznesmenin torpaqları zorla əlindən alındı
03 sentyabr 2026 12:03 (UTC +04:00)

Azərbaycanlı biznesmenin torpaqları zorla əlindən alındı

1

Rusiyanın Voronej şəhər administrasiyası sahibkar və yerli Azərbaycan icmasının rəhbəri Yusif Xəlilova məxsus iki torpaq sahəsinin açıq hərrac yolu ilə məcburi satışına nail olmaq niyyətindədir. Həmin torpaq sahələri birbaşa “Yardy Superbar” restoranının fəaliyyəti ilə bağlıdır.

Lent.az xəbər verir ki, iddia ərizəsində iki torpaq sahəsindən söhbət gedir. Onlardan birinin sahəsi 631 kvadratmetrdir və Yeniseyskaya küçəsi, 3 ünvanında yerləşir. Digər sahə isə 2,193 min kvadratmetrdir və Yeniseyskaya küçəsi, 3v, 5 ünvanında yerləşir.

Hər iki torpaq sahəsində ictimai iaşə obyektlərinin yerləşdirilməsinə icazə verilir.

Məlumata görə, bu torpaq sahələrində yerləşən ikimərtəbəli qaraj və ikimərtəbəli qeyri-yaşayış binasının sökülməsi barədə göstəriş verilib. Bundan əlavə, hazırda fəaliyyət göstərməyən və Yusif Xəlilova məxsus “Yardy Superbar” restoranının özü də sökülməlidir.

Restoran və ona bitişik tikililər rəsmi olaraq özbaşına tikili kimi tanınıb. Xəlilov söküntü barədə qərardan şikayət verməyə çalışsa da, məhkəmə onun arqumentlərini əsaslı hesab etməyib.

Bundan başqa, Voronej meriyası Yusif Xəlilova qarşı daha bir iddia qaldırıb. Şəhər hakimiyyəti sahibkardan məhkəmə qərarının icrasının gecikdirildiyi hər gün üçün 30 min rubl məbləğində məhkəmə cəriməsi tutulmasını tələb edir.

Bununla belə, iddia ərizəsində söhbətin konkret olaraq hansı məhkəmə qərarından getdiyi dəqiqləşdirilmir.

Hər iki iddiaya noyabrın 9-da Voronej Vilayət Arbitraj Məhkəməsində baxılması planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 326

Oxşar yazılar