Azərbaycanlı tələbə Türkiyədə faciəli şəkildə öldü
31 oktyabr 2025 23:21 (UTC +04:00)

Azərbaycanlı tələbə Türkiyədə faciəli şəkildə öldü

0

Türkiyənin Samsun şəhərində azərbaycanlı tələbə Nicat Kazımlı yol qəzasında həlak olub.

Lent.az Türkiyə mətbutına istinadən xəbər verir ki, təcili yardım maşını Nicat motosikletlə hərəkətdə olarkən onunla toqquşub.

Belə ki, qəzada ağır yaralanan həmyerlimizin həyatını aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı saxlanılan təcili yardım maşınının sürücüsü Şakir Ü. isə həbs edilib.

Qeyd edək ki, 19 yaşlı Nicat Kazımlı Ondokuz Mayıs Universitetinin Stomatologiya fakültəsinin tələbəsi idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 596

Oxşar yazılar