Bakıda AĞIR QƏZA  - Ölən və yaralılar var
12 yanvar 2024 10:07 (UTC +04:00)

Bakıda AĞIR QƏZA - Ölən və yaralılar var

0

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Qala-Pirallahı şossesində qeydə alınıb. 

Belə ki, Elçin Səmədov “Mercedes” markalı avtomobillə yolu keçən piyadalar - Rəqsanə Əhmədova və Tərgül Zamanovanı vurub. Hadisə nəticəsində Rəqsanə Əhmədovanın hər iki ayağı sınıb. Tərgül Zamanovanın isə başı əzilib. Yaralılar dərhal Xəzər tibb mərkəzinə yerləşdirilib. 11 yanvar tarixində Tərgül Zamanova xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Hazırda faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4370

Oxşar yazılar