Bakıda avtobus dayanacağında ölüm hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən avtobus dayanacağında qeydə alınıb.
Dayanacaqda avtobus gözləyən Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Gülhüseyn Həsən oğlu Bağıyev qəfil ölüb.
Onun infarktdan öldüyü ehtimal edilir.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.