Sabunçu rayonunda nəqliyyat vasitəsindən oğurluq edilib.
Lent.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək “Changan” markalı avtomobilindən pul vəsaitinin naməlum şəxs tərəfindən talandığını bildirib.
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı R.Zeylanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.