23 may saat 21:40 radələrində Bakı şəhərində Mirzəliyev Asif Alməmməd oğlu avtomobil qəzasında vəfat edib.
Lent.az xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 81 saylı ünvanın qarşısında 1982-ci il təvəllüdlü Burlakov Andrey Aleksandroviç idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən piyada 1967-ci il təvəllüdlü Mirzəliyev Asif Alməmməd oğlunu vurması nəticəsində sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov RPİ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.