Bakıda DƏHŞƏT:  Narkoman valideynlər KÖRPƏYƏ İŞGƏNCƏ VERDİ - FOTO
09 avqust 2022 10:00 (UTC +04:00)

Bakıda DƏHŞƏT: Narkoman valideynlər KÖRPƏYƏ İŞGƏNCƏ VERDİ - FOTO

Bakıda valideyn uşağına işgəncə verib. 

Lent.az xəbər verir ki, Nərimanov rayonunda yaşayan ailədə körpəyə işgəncə verildiyini görən rayon polis idarəsinin əməkdaşları məsələyə müdaxilə edib.

Nəticədə körpə ailədən alınıb.

Məsələ ilə bağlı Lent.az-a danışan "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə körpənin hər iki valideyni narkotik aludəçisi olduğunu deyib:

"Uşağı gecə saatlarında Nərimanov rayon polis şöbəsinin əməkdaşları sığınacağa gətirib. Təxminən körpənin 2 yaşı olar. 

Bizdə olan məlumata görə, hər iki valideyn narkotik istifadəçisidir. Bununla bağlı Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edəcəyik ki, məsələni nəzarətə götürsün. Sosial Xidmətlər Agentliyi tərəfindən ailə qiymətləndirilsin. 

Uşağın əlində yaralar var. Ehtimal edirik ki, baxımsızlıq səbəbindən yaralar yaranıb. Bilmirik, bəlkə də, uşağa nə isə ediblər. Çünki ilk dəfə deyil. Körpəni tibbi müayinədən keçirəcəyik. Onda hər şey tam dəqiq bilinəcək".


 

# 6585
avatar

Fidan İlqar

Oxşar yazılar