Bakıda dəhşətli intihar:  iki yeniyetmə qız...
09 mart 2021 17:04 (UTC +04:00)

Bakıda dəhşətli intihar: iki yeniyetmə qız...

Bakıda dəhşətli hadisə baş verib.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, qızlardan birinin 16, digərinin isə 17 yaşı var.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Hazırda ölənlərin kimliyi araşdırılır.

# 25653
avatar

Oxşar yazılar