Bakıda əlil kişini qadın paltarında diləndirən SAXLANILADI
26 noyabr 2025 16:40 (UTC +04:00)

Bakıda əlil kişini qadın paltarında diləndirən SAXLANILADI

0

Bakıda əlilliyi olan şəxsi dilənçiliyə sövq edən qadın saxlanılıb.

Lent.az xəbər verir ki, polis əməkdaşları tərəfindən 1950-ci il təvəllüdlü şəxsin müxtəlif ünvanlara aparılaraq dilənçiliyə sövq edildiyi müəyyən edilib.

Araşdırmalarla bu qanunsuz əməli törədən 1973-cü il təvəllüdlü Məlahət Bayramova müəyyən olunaraq saxlanılıb.

Məlum olub ki, o, taksi ilə əlilliyi olan şəxsi Yevlax rayonundan gətirərək dilənməsi üçün müxtəlif ünvanlara aparıb.

Polis əməkdaşları tərəfindən onun hüquqazidd hərəkətlərinin qarşısı alınaraq barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.

Sağlamlıq imkanları məhdud olan şəxs tibbi müayinələrdən keçirildikdən sonra aidiyyəti müəssisəyə təhvil veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar