Bakıda estetik mərkəzdən 6 minlik oğurluq olub
10 iyun 2023 11:52 (UTC +04:00)

Bakıda estetik mərkəzdən 6 minlik oğurluq olub

Bakıda avtomobil qaçıran saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Səid Fərəczadə həmin avtomobillə saxlanılıb.

Araşdırmalarla onun iyunun 1-nə keçən gecə rayon ərazisində yerləşən bir estetik mərkəzdən 6000 manat dəyərində qızıl üzük, mobil telefon, planşet, noutbuk, saat, kamera, kosmetoloji cihaz və aparatları oğurlamasına da əsaslı şübhələr müəyyən edilib.

# 1473
avatar

Oxşar yazılar