Bakıda gənc oğlan avtotəmir sexində ölüb.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, A.Garaybəyli küçəsi 31-də qeydə alınıb.
Bakı şəhər sakini 29 yaşlı Əjdər Oruc oğlu Quliyev burada yerləşən avtomobillərin təmir sexinin həyətində qəfil ölüb. Onun infarkt keçirərək, öldüyü ehtimal edilir.
Araşdırma aparılır.