Aşkar edilən narkotiklər
12 may 2022 13:32 (UTC +04:00)

Aşkar edilən narkotiklər

Bakıda gömrük əməkdaşına narkotik satan TUTULDU

Bakıda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, komitənin Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitə-metadonun realizə olunacağı barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumata əsasən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə yaradılan əməliyyat qrupu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində əməliyyat keçirib. Nəticədə Azərbaycan vətəndaşı Aslanov Qabil Əhməd oğlu üzərində olan bağlamadakı külli miqdarda narkotik vasitəni - 200 ədəd “metadon” həbini şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb və həmin narkotik vasitə aşkar edilərək götürülüb.

Davam etdirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda “metadon”u  Qabil Aslanova təhvil verən şəxslərin - Mirzəli Rza Yavər oğlunun və Rəsulova Əfsanə Əlimirzə qızının yaşadıqları Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən fərdi yaşayış evindən və istifadələrində olan minik nəqliyyat vasitəsindən, eləcə qrupun digər üzvü İsmayılzadə Pərvin Çərkəz oğlunun idarə etdiyi minik nəqliyyat vasitəsindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə ölkəyə qaçaqmalçılıq yolu ilə gətirdikləri, ümumilikdə külli miqdarda narkotik vasitələr - 760 “metadon” həbi, 104,649 qram tiryək və psixotrop maddə - 68,175 qram “metamfetamin” aşkar edilərək götürülüb.

Başlanmış cinayət işi üzrə Aslanov Qabil Əhməd oğlu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri, Mirzəli Rza Yavər oğlu, Rəsulova Əfsanə Əlimirzə qızı və İsmayılzadə Pərvin Çərkəz oğlu isə  206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə qeyd edilən şəxslərin hər birinin barəsində həbs-qətimkan tədbiri seçilib.

# 2295
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Axtarışda olan 69 nəfər saxlanıldı

Axtarışda olan 69 nəfər saxlanıldı

20 may 2024 , 10:26
Ağcabədidə BÖYÜK ƏMƏLİYYAT:  20 nəfər tutuldu

Ağcabədidə BÖYÜK ƏMƏLİYYAT: 20 nəfər tutuldu

20 may 2024 , 10:04
Azərbaycanda polis mayoru  qəfil öldü

Azərbaycanda polis mayoru qəfil öldü

20 may 2024 , 09:55
Qaradağda "avtoş"luq edən şəxs həbs edildi

Qaradağda "avtoş"luq edən şəxs həbs edildi

20 may 2024 , 09:42
Hacıqabulda  nişanlı qız   özünü asdı

Hacıqabulda nişanlı qız özünü asdı

19 may 2024 , 23:47
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda  yaralı var

Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var

19 may 2024 , 16:55
Xətaidə binanın damı yanıb

Xətaidə binanın damı yanıb

19 may 2024 , 15:19
Sumqayıtda mənzildən kişi meyiti tapıldı

Sumqayıtda mənzildən kişi meyiti tapıldı

19 may 2024 , 13:05