Bakının mərkəzində hoteldə ölən Cəmil Əliyev Rusiyanın Krasnodar diyarında fəaliyyət göstərən diaspor rəhbəri imiş.
Lent.az-ın məlumatına görə, onun ailə üzvləri "qafqazinfo"ya bildirib ki, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub:
"Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının mərkəzində hotellərdən birində ürək çatışmazlığından vəfat edib".
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

***
saat 11:00
Bakıda hoteldən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsindəki hoteldə baş verib.
Rusiya vətəndaşı, 1968-ci il təvəllüdlü Cəmil Alıyevin meyiti hoteldəki otaqlardan birində tapılıb. Onun ürək çatışmazlığından öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.