Göyçayda zəncirvari qəza:  xəsarət alan var
28 yanvar 2026 20:52 (UTC +04:00)

Göyçayda zəncirvari qəza: xəsarət alan var

0

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az xəbər verir ki, hadisə Göyçay–Bərgüşad avtomobil yolunda baş verib. İlkin məlumata əsasən, hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili Ateko markalı yük avtomobili ilə toqquşub. Daha sonra minik avtomobili yol kənarında dayanmış eyni markalı digər VAZ-2107-yə çırpılıb.

Qəza nəticəsində 1968-ci il təvəllüdlü Esmira Cəbrayılova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar