Bakıda inşaat malları mağazadan 80 minlik  OĞURLUQ
15 noyabr 2023 10:48 (UTC +04:00)

Bakıda inşaat malları mağazadan 80 minlik OĞURLUQ

Nərimanov rayonu ərazisindəki mağazaların birindən 80.000 manat dəyərində inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4223

Oxşar yazılar