Bakıda intihar etmək üçün  ÖZÜNÜ DƏNİZƏ ATDI
08 aprel 2022 13:07 (UTC +04:00)

Bakıda intihar etmək üçün ÖZÜNÜ DƏNİZƏ ATDI

Bakıda intihara cəhd hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Xəzər rayonunda nəzarətsiz ərazidə, 1 nəfər intihar məqsədilə özünü dənizə atıb.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

# 2502
avatar

Mehman Nəbiyev

Oxşar yazılar