Bakıda istixana yandı - YENİLƏNİB  - VİDEO
24 aprel 2025 11:50 (UTC +04:00)

Bakıda istixana yandı - YENİLƏNİB - VİDEO

0

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib. Qeyd olunub ki, yanğın nəticəsində ümumi sahəsi 2000kv.m olan istixana kompleksinin intizibati binası 560kv.m. sahədə yanıb. 

İnzibati binanın böyük hissəsi və bitişik tikilmiş istixanalar yanğından mühafizə olunub.

***
11:21

Bakının Kürdəxanı qəsəbəsində istixanada başlayan yanğın məhdudlaşdırılıb.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***
10:13

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2432

Oxşar yazılar