Bakıda minik maşını piyadanı vurdu
09 sentyabr 2025 01:59 (UTC +04:00)

Bakıda minik maşını piyadanı vurdu

0

Paytaxtın Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyən 30 yaşlı piyadanı “Toyota” markalı avtomobil vurub. 

Hadisə nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Polis və təcili yardım əməkdaşları dərhal hadisə yerinə cəlb olunub.

Xəsarət alan şəxs təcili yardım vasitəsilə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar