Bakıda narkotiklə bağlı bir ayda  161 nəfər saxlanıldı - VİDEO
17 iyul 2026 16:42 (UTC +04:00)

Bakıda narkotiklə bağlı bir ayda 161 nəfər saxlanıldı - VİDEO

0

Son bir ay ərzində Bakı şəhərində polis orqanlarının keçirdiyi əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 199 fakt aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 192 fakt üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, 7 fakt üzrə isə inzibati icraat aparılıb. Həmin faktlar üzrə 161 nəfər barəsində həbs və digər qətimkan tədbirləri seçilmişdir.

Nəticədə qanunsuz dövriyyədən 372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş, metamfetamin olan narkotik vasitə və psixotrop maddə aşkar edilərək çıxarılıb.

Bu istiqamətdə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

Bakıda bir ayda narkotiklə bağlı 199 fakt aşkarlanıb, 161 nəfər saxlanılıb - VİDEO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar