Bakıda nənə  onu söyən nəvəsini   məhkəməyə verdi
14 iyul 2022 17:14 (UTC +04:00)

Bakıda nənə onu söyən nəvəsini məhkəməyə verdi

Bakıda nənə nəvəsini məhkəməlik edib.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib. 76 yaşlı Xuraman Həsənova (ad və soyad şərtidir-red.) nəvəsi 29 yaşlı Tural Əliyev (ad və soyad şərtidir-red.) xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Nəticədə T. Əliyev barəsində Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, şikayətə səbəb nəvə T. Əliyevin nənəsi X. Həsənovanı söyməsi olub. Nəvə nənəsi ilə telefonla danışarkən ona qarşı ağır ifadələr işlədib. Bundan hiddətlənən nənə də onu məhkəməyə verib.

Şikayətə Nərimanov rayon Məhkəməsində baxılacaq.

# 2586
avatar

Mehman Nəbiyev

Oxşar yazılar