Bakıda ofisdən kondisioner və evdən inşaat materialları oğurlayan şəxslər saxlanılıb.
Lent.az xəbər verir ki, paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən özəl şirkətlərin birinə məxsus ofisdən kondisioner oğurlanıb. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Z.Allahverdiyev, əvvəllər məhkum olunmuşlar - 49 yaşlı S.Səlimov və 37 yaşlı P.Həsənov müəyyən olunaraq saxlanılıblar.
Pirallahı rayonunda isə vətəndaşa məxsus evin həyətindən 1000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən 45 yaşlı R.Əbdülrəhmanov tutulub.
Faktlar üzrə araşdırmalar aparılır.