Efe Emir Demirel
05 may 2022 19:00 (UTC +04:00)

Efe Emir Demirel

Bakıda polisə şikayət edilən türkiyəli iş adamının İFADƏSİ ALINDI

Bir neçə gün əvvəl Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamına qarşı dələduzluq iddiası ilə polisə şikayət edilməsi barədə xəbər vermişdik.

Polisə şikayət olunan “Azərtürk Medical Turizm” şirkətinin rəhbəri Efe Emir Demirel məsələ barədə Lent.az-a danışıb.

Efe Demirel bildirib ki, barəsindəki şikayətlə əlaqədar polisə dəvət olunub: "Məsələ ilə bağlı məni polisə çağırdılar. Polisə getdim, ifadəmi verdim, izahatımı yazdım. Mənə qarşı iddiaların əsasız olmasına dair faktları dedim". 

Türkiyə iş adamı ona qarşı dələduzluq iddialarını rədd edib:

“Barəmdə şikayət edən Murat Ekmez bir neçə il olar ki, etdiyi qanunsuzluqlardan dolayı Azərbaycandan deportasiya edilib. Yəni, bu adamı Azərbaycandan qovublar. Onunla Moskvada ortaq bir iş üzərində çalışırdıq. Amma sonrada onun deportasiya olunduğu bildik. Həmçinin, ortaqlıq razılaşmamızla bağlı verdiyi sözlərə dönük çıxdığı üçün onunla planladığımız iş alınmadı. Görünən odur ki, bu, Murat Ekmezin acığına gəlib və bizə qarşı qərəzli mövqe tutub. Bu səbəbdən də barəmdə polisə şikayət edib. Ona qarşı tərəfimizdən heç bir dələduzluq edilməyib. Əksinə o, mənə qarşı maddi və mənəvi ziyan vurub. Şirkətimiz 44 günlük Vətən müharibəsində yaralanan qazilərimizi müalicə üçün Türkiyəyə göndərir. Biz ancaq xeyirxah əməllərlə məşğuluq. Müalicə məqsədilə Türkiyəyə yollanmaq istəyənləri digər şirkətlərdən daha sərfəli və keyfiyyətlə bu ölkəyə aparırıq. Daim Türkiyənin Bakıdakı səfirliyi, Azərbaycan və Türkiyə Səhiyyə Nazirlikləri ilə etibarlı və sıx əməkdaşlıq edirik.

Bu cür əsassız və qərəzli şikayət iddiasına, böhtana görə, illərdir qurduğumuz, insanların etibarını qazanan şirkətimizin adına xələl gəlməsi haqq-ədalətə sığmır”.

# 4092
avatar

Mehman Nəbiyev

Oxşar yazılar