Bakıda qızı ilə birgə yoxa çıxan anadan ŞOK MƏKTUB:  “Gizlənmişəm, məni xilas edin”
25 iyun 2022 13:46 (UTC +04:00)

Bakıda qızı ilə birgə yoxa çıxan anadan ŞOK MƏKTUB: “Gizlənmişəm, məni xilas edin”

Bakıda azyaşlı övladı ilə birlikdə itkin düşməsi barədə haqqında xəbər yayılan ana Lent.az-a məktub ünvanlayıb.

O, məktubunda itkin düşmədiklərini, ərinin təhdidlərindən qorxaraq gizləndiklərini dilə gətirib:

“Mən Qarayeva Gülnur Yolçu qızı yazaraq sizə bildirmək istəyirəm ki, mən itkin düşməmişəm və məni heç kim oğurlamayıb. Mən də uşağım da sağam. Heç bir yerə yoxa çıxmamışam. Sadəcə olaraq yoldaşım Osmanov Asif Akif oğlu məni ölümlə hədələdiyinə və qarabaqara izlədiyinə görə məcbur qalıb gizlənmişəm. Mən yaşamaq istəyirəm. Bu gənc yaşımda faciəvi qətlin qurbanına çevrilmək istəmirəm. Qorxumdan artıq 3 ev dəyişmişəm. Aidiyyəti qurumların nəzərinə çatdırıram ki, həmin şəxslə bağlı vaxtında tədbir görülməsə qadın qətllərinə daha bir qətl əlavə olunacaqdır. Ona görə də həmin şəxs dərhal istintaqa cəlb olunaraq tutulmalıdır. Xahiş edirəm mənim səsimi cəmiyyətə çatdırın və saytınızda paylaşın. Bir ananı ölümdən xilas edin!”.

G.Qarayeva polis əməkdaşlarına da müraciət edib:

“Mən polisə də rəsmi teleqram göndərmişəm. Yasamal Rayon Polis İdarəsinin faktla bağlı araşdırma aparması məsələsinə isə münasibətim belədir ki, məni əbəs yerə axtarmasınlar. Mən oğurlanmamışam. Məni axtarmaq əvəzinə yoldaşımı zərərsizləşdirsinlər. Həmçinin, mən artıq boşanma proseduruna başlamışam. Ən qısa müddətdə rəsmi olaraq boşanıb həmin şəxsdən canımı qurtaracağam. Nəzərə almağınızı və mənə köməklik göstərilməsini xahiş edirəm”.

***

24 iyun, saat 14:50

Bakıda itkin düşən ana və qızı tapılıb.

***

saat 09:03

Bakıda ana və qızı itkin düşüblər.

Lent.az-ın məlumatına görə, 28 yaşlı G.Q və onun 7 yaşlı qızı M.O iyunun 18-də paytaxtın Yasamal rayonu, A. Şərifzadə küçəsində yerləşən "Seul" gözəllik salonundan çıxaraq naməlum istiqamətdə gediblər.

Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14797

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15