Bakıda məşhur restoranda 14 nəfər  qidadan   zəhərlənib -  İDDİA
01 noyabr 2026 00:50 (UTC +04:00)

Bakıda məşhur restoranda 14 nəfər qidadan zəhərlənib - İDDİA

0

Bakının Nizami rayonunda yerləşən “Qızıl qaya” restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda qeydə alınıb.

Bildirilib ki, restoranda təxminən 34 nəfər əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib. İştirakçılardan 14-ü qidadan zəhərləndiyini iddia edib.

Məlumata görə, onlardan 5-i vəziyyətlərinin ağır olması səbəbindən xəstəxanaya aparılıb.

Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar