Bakıda kişi sirkə turşusundan zəhərlənərək ölüb.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, Babək prospektində qeydə alınıb.
47 yaşlı Asif Nadir oğlu Əliyev dekabrın 9-da yaşadığı evdə səhvən sirkə turşusu içib. Xəstəxanaya yerləşdirilən Asif Əliyev görülən tədbirlərə baxmayaraq, dekabrın 12-də orada ölüb.
Araşdırma aparılır.
Qeyd edək ki, Göyçayda da qadının sirkə turşusundan zəhərlənərək ölməsi barədə xəbər vermişdik.