Bakıda silahlı İNSİDENT:  2 nəfər güllələndi - YENİLƏNİB
16 oktyabr 2025 11:25 (UTC +04:00)

Bakıda silahlı İNSİDENT: 2 nəfər güllələndi - YENİLƏNİB

2

Bakıda güllələnən şəxslərin vəziyyəti açıqlanıb. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, 16.10.2025-ci il tarixində saat 07:00 radələrində xəsarət alması səbəbilə 1995-ci il təvəllüdlü 2 nəfər (kişi) Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

Onlardan birinə sol budun sınığı, digərinə isə sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilib. 

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Travmatologiya şöbəsində davam etdirilir.

Onlardan birinin vəziyyəti stabil, digərinin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

***

saat 09:33

Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

Lent.az “Bakupost”a istinadən xəbər verir ki, bu gecə baş verən silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatı araşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1892

Oxşar yazılar