Bakıda taxta bazarında  yanğın baş verdi
01 noyabr 2026 05:30 (UTC +04:00)

Bakıda taxta bazarında yanğın baş verdi

0

Bakının Nizami rayonunda taxta bazarında güclü yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Keşlə Ət Kombinatının ərazisində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar