Bakıda yarımstansiyadan 10 min manatlıq  oğurluq - VİDEO
10 iyul 2026 15:32 (UTC +04:00)

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq - VİDEO

0

Paytaxtın Xətai rayonunda yerləşən elektrik yarımstansiyalarından birində oğurluq hadisəsi baş verib.

Lent.az xəbər verir ki, naməlum şəxs yarımstansiyadan cərəyan açarları və transformatorun mis şinlərini oğurlayıb.

Hadisə nəticəsində yarımstansiyaya təxminən 10 min manat maddi ziyan dəyib.

Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı Dəyanət Kərimov saxlanılıb. Ondan oğurladığı elektrik avadanlığının bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda yarımstansiyadan 10 min manatlıq oğurluq edilib - VİDEO

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar