Bakıda yeni evlənən şirkət rəhbəri özünü  qalstuku ilə asdı
07 aprel 2022 14:05 (UTC +04:00)

Bakıda yeni evlənən şirkət rəhbəri özünü qalstuku ilə asdı

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. 35 yaşlı Məlikov Vüsal Afət oğlu “Həzi Aslanov”  metrostansiyası yaxınlığındakı evində qalstuku ilə özünü asaraq həyatına son qoyub.

Qeyd edək ki, əslən Salyan rayonundan olan V. Məlikov Bakıda fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibidir.

O, Azərbaycan şirkətlərindən birinin Monteneqroda layihə rəhbəri də olub.

Mərhumun 5 ay öncə ailə həyatı qurduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Vüsal Məlikov

# 9198
avatar

Mehman Nəbiyev

Oxşar yazılar