Bakıda yeniyetmələr  arasında dava: yaralanan var
03 avqust 2026 22:40 (UTC +04:00)

Bakıda yeniyetmələr arasında dava: yaralanan var

0

Paytaxtın Binəqədi rayonu ərazisində 14 yaşlı yeniyetməyə həmyaşıdı tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Lent.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli məlumat əsasında ərazi polis orqanında araşdırma aparıldığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları çərçivəsində tərəflərin izahatları alınıb, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib. Xəsarətlərin ağırlıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda hadisənin bütün halları və başvermə səbəblərinin tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 458

Oxşar yazılar