Bakının mərkəzində dönərxana belə yandı - ANBAAN VİDEO  - YENİLƏNİB
19 yanvar 2026 13:28 (UTC +04:00)

Bakının mərkəzində dönərxana belə yandı - ANBAAN VİDEO - YENİLƏNİB

1

Bakıda dönərxanada baş verən yanğının yeni görüntüləri yayılıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən gün axşam saatlarında paytaxtın Səbail rayonu, “Sahil” metrosunun yaxınlığında yerləşən dönərxanada yanğın baş verib. Ərazidə təhlükəsizlik təmin edilməklə yanaşı, yanğının söndürülməsinə polis əməkdaşları tərəfindən ilkin müdaxilə edilib. Bununla yanaşı, yanğınsöndürənlərin hadisə yerinə manesiz və təhlükəsiz şəkildə yaxınlaşması üçün zəruri şərait yaradılıb. Yanğın qısa müddət ərzində söndürülüb.

***

saat 21:35

Bakı şəhəri, Səbail rayonu, Sahil metrosunun yaxınlığında yerləşən dönərxanada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 



***
21:12


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Sahil metrosunun yaxınlığında dönərxanada yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. 

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1694

Oxşar yazılar