Balakənin keçmiş icra başçısı həbs edildi  - mənimsəmə və rüşvət İTTİHAMI
31 oktyabr 2025 18:58 (UTC +04:00)

Balakənin keçmiş icra başçısı həbs edildi - mənimsəmə və rüşvət İTTİHAMI

1

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatda saxlanılan sabiq icra başçısı İslam Rzayev barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmə İ. Rzayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Ona 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4828

Oxşar yazılar