Bayram günlərində 170 yanğın baş verdi
05 yanvar 2023 10:58 (UTC +04:00)

Bayram günlərində 170 yanğın baş verdi

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, 112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 170 yanğına çıxış, 26 köməksiz vəziyyətdə qalma, 3 nəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, partlayışların nəticələrinin çevik aradan qaldırılması və insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 9-u azyaşlı olmaqla 37 nəfər xilas edilib, 5 nəfər xəsarət alıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, çoxmərtəbəli yaşayış binasında baş verən partlayış hadisəsi zamanı 1 nəfərin və nəqliyyat qəzaları zamanı aşkar olunan 2 nəfərin meyitləri aidiyyəti üzrə təhvil verilib.

# 1089
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -FOTO -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ-FOTO-VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07
Astarada velosipedçi çaya düşüb öldü

Astarada velosipedçi çaya düşüb öldü

4 may 2024 , 18:51
Polis zabiti məhkəmə zalında həbs olundu

Polis zabiti məhkəmə zalında həbs olundu

4 may 2024 , 17:31
Lənkəranda uşağın əli ətçəkən maşında  qaldı

Lənkəranda uşağın əli ətçəkən maşında qaldı

4 may 2024 , 16:35
Silsilə oğurluqlar edən "Qızlar dəstəsi"  ələ keçirildi

Silsilə oğurluqlar edən "Qızlar dəstəsi" ələ keçirildi

4 may 2024 , 16:10