Bıçaqla hədələyib 45 manatını aldılar
28 mart 2023 11:56 (UTC +04:00)

Bıçaqla hədələyib 45 manatını aldılar

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 2 nəfərin Bakı şəhər sakini S.Məmmədovu bıçaqla hədələyib 45 manatını talamaları barədə polisə məlumat daxil olub. 

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Ricat Cəfərov və əvvəllər məhkum olunmuş Turan Alıyev müəyyən olunaraq saxlanılıblar. 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

# 1200
avatar

Arzu Qurbanlı

Oxşar yazılar