Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Lent.az xəbər verir ki, bu barədə FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəis müavini, polkovnik-leytenant Ruslan Pirəlizadə məlumat verib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
***
22:11
Paytaxtın Binəqədi rayonu ərazisində mebel sexində yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.
Lent.az APA-ya istinadən xəbər verir ki, sahibkarlar mallarını yanğın baş verən ərazidən çıxarırlar.
***
21:05
Paytaxtın Binəqədi rayonu, ərazisində mebel sexində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.
***
20:52
"Dərnəgül" bazarında yanğın başlayıb.
Lent.az xəbər verir ki, mebel sexində meydana gələn yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və təhlükəsizlik tədbirlərinin görülməsi üçün polis əməkdaşları cəlb edilib.
Hazırda ərazidə tədbirlər davam etdirilir.