Bakıda adam öldürən həbsdə vəfat etdi, məhkəmə işə xitam verdi
17 mart 2026 15:05 (UTC +04:00)

Bakıda adam öldürən həbsdə vəfat etdi, məhkəmə işə xitam verdi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda qəsdən adam öldürmədə təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən Emil Hüseynovun müalicə müəssisəsində vəfat etmə səbəbindən Cinayət Prosesual Məcəlləsinin 39.1.5 maddəsi (cinayət təqibini istisna edən hal) ilə işə xitam verildiyini elan edib.

Qeyd edək ki, təqsirləndirilən Emil Hüseynov 24 fevral 2026-cı ildə müalicə müəssisəsində vəfat edib.

Xatırladaq ki, Suraxanı rayon Prokurorluğunun məlumatına görə, 2025-ci il avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində 1994-cü il təvəllüdlü Rasim Lariyonovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında baş vermiş mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rasim Lariyonovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar