Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanası məlumat yayıb.
Bildirilib ki, martın 17-də saat 18:15 radələrində baş verən qəza nəticəsində 10 nəfər (1 kişi, 9 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub.
Xəsarət alanlardan 8 nəfərə tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, onların vəziyyəti ağır (kişi) və orta ağır (qadın) kimi qiymətləndirilir.
***
19:33
Xəbər verdiyimiz kimi Sabirabadda mikroavtobusun iştirakı ilə avtomobil qəzası baş verib, 7 nəfər xəsarət alıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.
“FORD" markalı mikroavtobusla "Ateko" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər yaralanaraq Şirvan xəstəxanasına yerləşdirilib. Qəza səbəbindən Şirvan-Sabirabad yolunda 40 dəqiqə ərzində böyük tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.
***
18:50
Sabirabadda mikroavtobusun iştirakı ilə yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadən Sabirabadda məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.
Mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.



