Böyük Britaniya səfirliyinin avtomobili Bakıda qaydaları pozdu  -  YENİLƏNİB
13 noyabr 2025 19:19 (UTC +04:00)

Böyük Britaniya səfirliyinin avtomobili Bakıda qaydaları pozdu - YENİLƏNİB

1

Sosial şəbəkələrdə bəzi ölkələrin səfirliklərinə məxsus xidməti avtomobillərin yol hərəkəti qaydalarını pozması ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur.

Qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.

***

17:28

Böyük Britaniya səfirliyinə məxsus avtomobil Bakıda yol hərəkəti qaydalarını pozub.

Lent.az xəbər verir ki, teleaparıcı İlkin Həsəni qayda pozan avtomobilin fotosunu paylaşıb.

Fotodan da görünür ki, Böyük Britaniya səfirliyinə məxsus avtomobil avtobus dayanacağı və velosiped zolağında park edilib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, 2 bal və 100 manat cərimə nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 606

Oxşar yazılar