Bu qızı görənlər polisə xəbər versin - FOTO
18 aprel 2024 10:45 (UTC +04:00)

Bu qızı görənlər polisə xəbər versin - FOTO

Hacıqabulda gənc qız itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən xəbərə görə, Hacıqabul rayon sakini, 21 yaşlı Təhməzova Tünzalə İlham qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. T.Təhməzovanın əlamətləri: boyu 171 sm, qara saçlı, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. 

Evdən çıxan zaman üzərində göy rəngli gödəkcə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (055-717-87-84) nömrəsinə məlumat vermələri xahiş olunur.

# 2763
avatar

Oxşar yazılar